Britaniya iqtisadiyyatının 2024-cü ilə qədər yaxşılaşması gözlənilmir | Banco.az

Britaniya iqtisadiyyatının 2024-cü ilə qədər yaxşılaşması gözlənilmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşlarında azalma gözlənilir.

Banco.az xəbər verir ki, Britaniya Ticarət Palatalarına (BCC) görə, ölkə bu il tənəzzüldən xilas olsa da, ləng artım iqtisadiyyatın 2024-cü ilin son rübünə qədər pandemiyadan əvvəlki səviyyələrə qayıtmayacağına işarə edir.

Biznes lobbiçilik qrupu 2022-ci ilin yükunu üzrə gözləniləndən daha yaxşı nəticə verən məişət xərcləri və investisiya yatırımları fonunda proqnozlarını kəskin şəkildə yüksəltsə də, iqtisadiyyatın bu il hələ də 0,3 faiz daralacağı ehtimal edilir. Son rüblük proqnozunda isə BCC bu il üçün 1.3% daralma qeyd etmişdi.

Xatırladaq ki, qrupun sözügedən yeni proqnozu İngiltərə Bankı (mərkəzi bank) və Büdcə Məsuliyyəti İdarəsinin gözləntilərindən daha yuxarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et