ABŞ-da vakant iş yerlərinin sayı proqnozlardan çox olub | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı proqnozlardan çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı yanvar ayında 10 milyon 824 min ilə bazar gözləntilərini üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi yanvar ayı üzrə “JOLTS” vakant iş yerlərinin sayı ilə bağlı məlumatları açıqlayıb.

Bu məlumatlara müvafiq olaraq, ölkədə vakant yerlərin sayı yanvar ayında əvvəlki ayla müqayisədə 410 min azalaraq 10 milyon 824 minə düşüb.

Bununla belə, proqnozları üstələyən vakant iş yerləri sayının bu dövrdə 10 milyon 500 min olacağı gözlənilirdi.

Bu dövrdə vakant iş yerlərinin sayının artdığı sektorlar nəqliyyat, anbar təsərrüfatı və ictimai xidmətlər və dayanıqlı olmayan istehlak mallarının istehsalı olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, keçən ilin dekabr ayında vakant iş yerlərinin sayı 11 milyon 234 min olaraq qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et