“Flynas” Bakıya uçuşları bərpa edir | Banco.az

“Flynas” Bakıya uçuşları bərpa edir

Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flynas” Bakıya mövsümi uçuşları bərpa edəcək.

Məlumata görə, aviaşirkət Azərbaycanla yanaşı, əvvəllər mövsümi uçuşlar həyata keçirdiyi Praqa (Çexiya), Vyana, Salzburq (Avstriya), Tbilisi, Batumi (Gürcüstan), Sarayevo (Bosniya), Hurqada, Şarm Əl-Şeyx (Misir), Trabzon, Bodrum (Türkiyə) və Salalaha (Oman) istiqamətində də aviareyslər yerinə yetirəcək.

Bundan başqa, "Flynas” bu yay mövsümündə 10 yeni istiqamət üzrə uçuşlara başlayacaq. Söhbət paytaxt Ər-Riyaddan Maldiv adaları, İrəvan (Ermənistan), Antalya (Türkiyə), Tivat (Monteneqro), eləcə də Dammamdan Salalah (Oman), İstanbul, Trabzon (Türkiyə) və Tivat (Monteneqro), Ciddədən isə Salalah (Oman) və Bodrum (Türkiyə) istiqamətində həyata keçiriləcək aviareyslərdən gedir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et