Bu aviaşirkət ötən ilin 4-cü rübündə gözləniləndən çox qazanc əldə edib | Banco.az

Bu aviaşirkət ötən ilin 4-cü rübündə gözləniləndən çox qazanc əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pegasus” şirkəti ötən ilin 4-cü rübündə gözləniləndən çox mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Türkiyənin aşağı büdcəli aviaşirkəti olan “Pegasus” 2022-ci ilin 4-cü rübündə bazar gözləntilərini üstələyərək 254 milyon avro xalis mənfəət əldə etdiyini açıqlayıb.

Şirkətin türk lirəsi ilə rüblük mənfəəti isə 4,15 milyard TL hesablanıb.

Beləliklə, 2021-ci ildə 150 ​​milyon avro itirən şirkət 2022-ci ili 431 milyon xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, “Pegasus” pandemiyadan əvvəlki dövr olan 2019-cu ildə 212 milyon avro xalis mənfəət əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et