ABŞ-da fabrik-zavod sifarişləri 1,6 faiz azalıb | Banco.az

ABŞ-da fabrik-zavod sifarişləri 1,6 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında ABŞ-da fabrik və zavod sifarişləri 1,6 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar ayı üzrə fabrik-zavod sifarişi məlumatlarını açıqlayıb.

Buna görə, ölkədə fabrik və zavod sifarişləri yanvar ayında əvvəlki aya görə 1,6 faiz azalıb.

Bazar proqnozları isə bu dövrdə sifarişlərin 1,8 faiz azalması istiqamətində idi.

Sözügedən dövrdə davamlı istifadə olunan mallar üzrə sifarişlər 4,5 faiz azalıb, qeyri-davamlı mallar üzrə sifarişlər isə 1,5 faiz artıb.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayında fabrik-zavod sifarişləri 1,7 faiz artım göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram