İqlim dəyişikliyi Almaniyaya 900 milyard avroya başa gələ bilər | Banco.az

İqlim dəyişikliyi Almaniyaya 900 milyard avroya başa gələ bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqlim dəyişikliyinin yaratdığı ekstremal hava şəraitinin 2050-ci ilə qədər Almaniyaya 900 milyard avroya qədər iqtisadi ziyan vura biləcəyi hesablanıb.

Banco.az xəbər verir ki, “Prognos” və “GWS” iqtisadi tədqiqat şirkətləri və Almaniyanın Ekoloji İqtisadiyyat Araşdırmaları İnstitutu tərəfindən Almaniyanın Ətraf Mühit və İqtisadiyyat və İqlim Mühafizəsi Nazirlikləri üçün hazırlanan ölkədə iqlim dəyişikliyinin nəticələrindən yaranan xərclərə dair “İqlim dəyişikliyi: 2050-ci ilə qədər iqtisadi nəticələrin xərcləri və ssenari təhlili” adlı hesabat dərc olunub.

Hesabata görə, 2000-ci ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi böhranının nəticələri Almaniyaya ən azı 145 milyard avro iqtisadi ziyan vurub.

Tədqiqatçılar 2050-ci ilə qədər isə ölkədə qlobal istiləşmənin miqyasından asılı olaraq 280-900 milyard avro həcmində məcmu iqtisadi itkilərin olacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən zərərlərə kənd təsərrüfatı məhsullarının itkisi, güclü yağış və daşqınlar nəticəsində binaların və infrastrukturun zədələnməsi və ya məhv olması, yüklərin daşınmasının pozulması və səhiyyə sisteminə təsir daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et