Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə qatlanan ekrana sahib telefon bazarında satışların 85%-i “Samsung”un payına düşüb.
Banco.az xəbər verir ki, ekspertlərin fikrincə, müvafiq cihazlar üzrə 2022-ci ildə bazara 14,2 milyon model təqdim olunub. Samsung-dan başqa, Huawei, Oppo, Vivo, Xiaomi və Honor kimi brendlər də mövcud sektorda üstünlüyünü qoruyur.
Ötən ilin dördüncü rübündə qatlana bilən smartfonların tədarükü azalmasına baxmayaraq müvafiq sektorda qeydə alınan nəticələri analitiklər müsbət qiymətləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!