İsveçrədə inflyasiyanın sürəti artıb | Banco.az

İsveçrədə inflyasiyanın sürəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə inflyasiyanın artım tempi ötən ay gözlənilmədən sürətlənib.

Banco.az xəbər verir ki, İsveçrə Federal Statistika İdarəsinin bazar ertəsi verdiyi məlumata görə, fevral ayında istehlak qiymətləri əvvəlki illə müqayisədə 3,4% artıb.

Bu, ekspertlərin orta hesabla 3,1 faizlik proqnozu ilə ziddiyyət təşkil edib.

İnflyasiyanın sürətlənməsi, əsasən, hava nəqliyyatı, turpaketlər, kirayə haqqı və benzin qiymətlərinin artması ilə əlaqədardır.

Enerji və qida kimi elementlərin xaric edildiyi baza inflyasiyası da 2,4%-ə çatıb ki, bu da ardıcıl üçüncü ayda da sürətlənmə deməkdir.

Qeyd edək ki, İsveçrə hazırda bütün inkişaf etmiş iqtisadiyyatlar arasında ən aşağı inflyasiya göstəricilərinə malik olsa da, ötən ay artım tempinin sürətlənməsi o deməkdir ki, iyun ayından etibarən faiz dərəcələrini 175 baza bəndi artırmış İsveçrə Mərkəzi Bankı martın 23-ü keçiriləcək iclasda da faiz artımına eynilə davam etməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et