Türkiyənin avtomobil ixracatı 4 faiz artım göstərib | Banco.az

Türkiyənin avtomobil ixracatı 4 faiz artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə avtomobil sənayesinin ixracatı fevral ayında təxminən 4% artaraq 2,6 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) məlumatına görə, fevral ayında Türkiyə avtomobil sənayesinin ixracı 3,7 faiz artaraq 2,6 milyard dollara çatıb.

Ölkənin ümumi ixrac həcmində yenə də birinci yerdə olan avtomobil ixracatının payı isə 15,9 faiz hesablanıb. Sənayenin bu ilin yanvar-fevral dövründə ixracatı 12 faiz artaraq 5,3 milyard dollara yüksəlib.

Avtomobil sənayesinin ən böyük məhsul qrupu olan təchizat sənayesinin ixracı da 2 faiz artaraq 1 milyard 150 milyon dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Təchizat sənayesində ən çox ixrac edilən ölkə Almaniyada 6 faiz artım müşahidə edilərkən, Rusiyaya ixrac həcmi 21 faiz, Fransaya 16 faiz, Ukraynaya 88 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et