"Tesla" ABŞ-da ikinci dəfə qiymət endirimi edib | Banco.az

"Tesla" ABŞ-da ikinci dəfə qiymət endirimi edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” ABŞ-da satılan “Model S” və “Model X” avtomobillərinin qiymətini ikinci dəfə endirib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti birinci rübün son ayında tələbi artırmaq üçün qiymətləri endirib.

Şirkət “Model S” Sedan avtomobilinə 5 min dollar, “Model X” yolsuzluq avtomobilinə (SUV) isə 10 min dollar endirim edib.

“Tesla”nın rəsmi saytında qeyd olunan məlumata görə, tam ötürücülü “Model S”in qiyməti bazar günü axşam saatlarında 5,2 faiz ucuzlaşaraq 94 min 990 dollardan 89 min 990 dollara düşüb. “Model S Plaid”in qiyməti isə 4,3 faiz ucuzlaşaraq 114 min 990 dollardan 109 min 990 dollara geriləyib.

Tam ötürücülü “Model X” 9,1 faiz ucuzlaşaraq 109 min 990 dollardan 99 min 990 dollara, “Model X Plaid” isə 8,3 faiz ucuzlaşaraq 119 min 990 dollardan 109 min 990 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, elektromobil  nəhəngi “Tesla” satışlarını artırmaq üçün yanvar ayında da qiymətlərdə əhəmiyyətli endirim etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et