Müəllif - Aida İsaq, Banco.az
Ötən ilin sonunda dünyada əmtəə ticarətindən əldə edilən ümumi mənfəət rekord həddə yüksələrək 115 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, məlumata görə, Ukraynada başlayan müharibədən qaynaqlanan qeyri-sabit enerji qiymətləri bazarda böyük dalğalanmaların yaranmasına səbəb olub. Nəticədə əmtəə ticarətində rekord səviyyə qeydə alınıb. Eyni zamanda, “Trafigura”, “Vitol” və “Glencore” daxil olmaqla, iri özəl treyderlər enerji səhmlərinin qiymətlərindəki yüksək dəyişkənlikdən daha çox faydalana bilib.
Qeyd olunur ki, ümumilikdə yaranan vəziyyət sahibkarlara ticarət həcmini artırmaq üçün stimul rolunu oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!