Türkiyədə baş verən zəlzələlər qiymətlərə necə təsir göstərəcək? | Banco.az

Türkiyədə baş verən zəlzələlər qiymətlərə necə təsir göstərəcək?

Müəllif - Aida İsaq, Banco.az

Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri xərclər inflyasiyanın yeni mərhələsinə səbəb ola bilər.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zərər çəkmiş ərazilərin tez bir zamanda bərpa ediləcəyini vəd edib. Zərərçəkənlərə təzminat və təcili yardım üçün təxminən 100 milyard lirə yardım ayrılıb. Həmçinin Türkiyə Mərkəzi Bankı ölkə iqtisadiyyatını gücləndirmək üçün baza faiz dərəcəsini 9 faizdən 8,5 faizə endirib.

Bundan başqa, zəlzələ nəticəsində zərər çəkmiş rayonlara məhsulların tədarükünün çətinləşməsi ərzaq məhsullarının bahalaşması təhlükəsini qaçılmaz edir.

Dünya Bankının analitikləri Türkiyədə baş verən zəlzələlərin ölkəyə 34,2 milyard dollar ziyan vurduğunu bildirib. Eyni zamanda, infrastrukturun bərpası və vətəndaşların mənzillə təmin olunması üçün iki dəfədən çox vəsaitə ehtiyac olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et