Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin sonunda karbon qazı emissiyaları rekord həddə çatıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2022-ci ildə karbon qazı emissiyaları 0,9% və ya 321 milyon ton artaraq 36,8 milyard rekord səviyyəyə çatıb. Eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadə sayəsində 550 milyon ton emissiyanın qarşısı alınıb.
Qeydə alınan rekord səviyyəyə ekstremal hava şəraiti, o cümlədən dünyanın bəzi regionlarında quraqlıq və anomal istilər, həmçinin atom elektrik stansiyalarının bağlanması səbəb olub. Eyni zamanda, iri beynəlxalq şirkətlər tərəfindən qalıq yanacaqların istifadəsi də öz təsirini göstərib. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatib Birol emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasını təmin etmək üçün şirkətlərin öz strategiyalarını nəzərdən keçirmələrinin zəruri olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!