Müəllif - Aida İsaq, Banco.az
Moldova artıq Rusiyanın enerji təchizatından asılı deyil.
Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Dorin Recean bildirib. Onun sözlərinə görə, artıq Moldova hökuməti Rusiya qazı və ya işığı olmadan uzunmüddətli perspektivdə uğur qazanmaq üçün iqtisadiyyata sərmayə qoyuluşu və yaşıl enerjiyə keçid planları üzərində işlər aparır. Ancaq Rusiyadan asılılığın dayandırılması halının eyni zamanda qiymətlərin bahalaşmasına səbəb olacağını qeyd edib. O, həmçinin cəmiyyətin həssas təbəqələrinə və rəqabətdən əziyyət çəkən bizneslərə dəstəyin vacibliyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!