Müəllif: Tamara Mustafayeva, Banco.az
Cek Dorsi “Twitter”ə alternativ yeni platforma hazırlığındadır.
Banco.az xəbər verir ki, İlon Maskın “Twitter”i alması ilə platformadakı dəyişikliklərdən razı qalmayan təsisçi Cek Dorsi “Twitter”ə rəqib olacaq yeni tətbiq hazırlayır.
“Twitter” analoqu olan və istifadəçilərə alternativ olaraq təklif edilən yeni tətbiqin adı “Bluesky”dır. “Twitter”dakı kimi simvol limitinin olduğu deyilən “Bluesky” üçün maksimum simvol sayı 256 olaraq təyin edilib.
Beta versiyası artıq “App Store”da istifadəçilər üçün əlçatan olan “Bluesky”a daxil olmaq üçün istifadəçilərin müvafiq dəvətnaməsi olmalı və ya onlar gözləmə siyahısında qeydiyyatdan keçmiş olmalıdırlar.
Qeyd edək ki, “Bluesky”ın ən diqqətçəkən xüsusiyyəti mərkəzləşdirilməmiş struktura malik olmasıdır. Bununla da, manipulyasiya edilə bilməyən bir platforma tərtib etmək hədəflənir.
Bizi sosial şəbəkələrdən izləyin!!