Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Kovid-19 və yaşlanma demoqrafiyasına görə əmək qabiliyyətli əhalisini itirir.
Banco.az xəbər verir ki, Çində işləyən insanların sayı son üç ildə 41 milyon nəfərdən çox azalıb ki, bu da həm koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanı, həm də əmək qabiliyyətli əhalinin sayının azalmasını əks etdirir.
Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ildə 733,5 milyon çinli işlə təmin olunub. Bu rəqəm 2019-cu ildə 774,7 milyon nəfər idi.
Məlumatlar həmçinin ölkədə təqaüdə çıxanların sayının sürətlə artdığını göstərir ki, bu da Pekin hökmətini rəsmi təqaüd yaşlarını artırmağa sövq edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!