Böyük Britaniyada evlərin elektrik enerjisi yaşıl mənbələrdən əldə edilir | Banco.az

Böyük Britaniyada evlərin elektrik enerjisi yaşıl mənbələrdən əldə edilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada qış dövründə su, külək və günəş enerjisindən elektrik enerjisi istehsalı illik müqayisədə 4 teravatt-saat artıb.

Banco.az xəbər verir ki, 1 oktyabr 2022-ci il və 28 fevral 2023-cü il tarixləri arasında Böyük Britaniyanın bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı qış boyu bütün ev təsərrüfatlarının elektrik enerjisinə ehtiyacını ödəyə biləcək səviyyəyə çatıb.

Londonda yerləşən “ECIU” analitik mərkəzinin yeni təhlilinə əsasən, 1 oktyabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərini əhatə edən qış dövründə Böyük Britaniyanın su, külək və günəşdən elektrik istehsalı 47 teravatt-saat təşkil edib.

Bu istehsal həcmi qış dövründə ölkədəki bütün evlərin və ya il ərzində 16 milyon evin elektrik enerjisinə olan tələbatını ödəməyə imkan verir. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, sözügedən dövrdə təbii qaz elektrik stansiyalarından elektrik enerjisi istehsalı da 45 teravatt-saatdan çox olmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et