Aİ sonuncu sanksiyalar paketində Rusiyaya hansı məhsulların ixracını məhdudlaşdırıb? | Banco.az

Aİ sonuncu sanksiyalar paketində Rusiyaya hansı məhsulların ixracını məhdudlaşdırıb?

Müəllif - Aida İsaq, Banco.az

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi onuncu sanksiyalar paketi çərçivəsində Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısı açıqlanıb.

Banco.az xəbər verir ki, siyahıya ölkənin sənaye potensialını stimullaşdıracaq məhsullar daxil edilib. Belə ki, buraya dişli çarxlar, müxtəlif metal konstruksiyalar, yük qaldırıcılar, daxili yanma mühərrikləri, liftlər, cərəyan mühərrikləri və nasosları, qurğuşun-turşu akkumulyatorları, hidravlik turbinlərin hissələri və s. kimi vasitələr daxildir.

Sanksiyalar həmçinin rəqəmsal kameralar, metal maqnitlər, antenalar, elektrik açarları, rozetkalar və s. kimi texnoloji məhsulların tədarükünə qoyulan məhdudiyyətləri də əhatə edir.

Qeyd edək ki, fevralın 25-də Aİ Rusiyaya qarşı sanksiyaların onuncu paketini təqdim edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et