Bu ölkənin əmək bazarında işçi çatışmazlığı rekord həddə çatıb | Banco.az

Bu ölkənin əmək bazarında işçi çatışmazlığı rekord həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə Rusiyanın əmək bazarında iş axtaran namizədlərin sayı rekord səviyyədə azalıb.

Banco.az xəbər verir ki, ötən ilin dördüncü rübündə ölkədə hər işsizə orta hesabla 2,5 vakant yer düşürdü. Bu isə 2005-ci ildən bəri ən yüksək göstəricidir. Araşdırmalara görə, son illərdə Rusiyanın əmək bazarında tələb və təklif arasında böyük kəsir yaranıb. Belə ki, vakant iş yerlərinin sayının dördüncü rübdə illik ifadədə 17,6 faiz azalması fonunda əmək birjasına daxil olanların sayı 32,3 faiz azalıb. 2021-ci ilin dördüncü rübündə vakant yerlərin ümumi sayının daha yüksək olmasına baxmayaraq, hər bir işsiz üçün 2,1 vakant yer var idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et