Fransada ərzaq qiymətlərinin bahalaşması gözlənilir | Banco.az

Fransada ərzaq qiymətlərinin bahalaşması gözlənilir

Müəllif - Aida İsaq, Banco.az

Martın əvvəlində Fransada ərzaq məhsullarının qiymətinin təqribən 10% bahalaşacağı gözlənilir.

Banco.az xəbər verir ki, bu barədə Fransanın ticarət və distribyutorlar federasiyasının sədri Jak Kressel məlumat verib. Onun sözlərinə görə, ərzaq məhsulları, bəzi dərmanlar, ətirlər, eləcə də gigiyena vasitələrinin qiyməti bahalaşacaq. Məlumata görə, iri brendlərin nümayəndələri ərzaq məhsullarının qiymətinin 16%-ə qədər yüksəldilməsini tələb edirlər. O, mövcud vəziyyətin yay aylarına qədər davam edəcəyini qeyd edib.

Qeyd edək ki, ölkədə istehlak inflyasiyası 2023-cü ilin fevralında yanvar ayı ilə müqayisədə 6 faizdən 6,2 faizə qədər sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et