Polşa əhalisi cari ildə iqtisadi vəziyyətin inkişafına ümidsiz yanaşıb | Banco.az

Polşa əhalisi cari ildə iqtisadi vəziyyətin inkişafına ümidsiz yanaşıb

Müəllif - Aida İsaq, Banco.az

Polşa əhalisinin 51%-i 2023-cü ildə ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyir. 

Banco.az xəbər verir ki, son bir ayda iqtisadi vəziyyətin pisləşməsinə inanan respondentlərin nisbəti 62%-dən 67%-ə yüksəlib. Sorğuda iştirak edənlərin 70%-i Polşada hadisələrin axarının yanlış istiqamət alması qənaətindədir. Bununla yanaşı, respondentlərin yalnız 18%-i ölkədəki vəziyyəti müsbət qiymətləndirib. Məlumata görə, respondentlərin 60%-i ölkədə yaranan işsizlik səviyyəsinin dəyişəcəyinə ümidsiz yanaşıb. Təxminən 31%-i işsizliyin artacağını söyləyib. İşsizlikdən ən çox narahat olanlar isə ali təhsilli insanlar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et