Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,6% böyüyüb | Banco.az

Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,6% böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatının 2022-ci il üzrə artım göstəricisi proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Türkiyə iqtisadiyyatında 2022-ci il artım dinamikasının təfərrüatları açıqlanıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, ölkə 2022-ci ildə 5,6 faiz artım qeyd edib. 

Dördüncü rübdə ümumi daxili məhsul əvvəlki ilin eyni rübünə nisbətən 3,5 faiz artıb. 

2022-ci ildə adambaşına düşən ÜDM 10 min 655 dollar olaraq hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il üzrə proqnozları üstələyən artımda məişət xərcləri böyük rol oynayıb. Sözügedən dövrdə daxili istehlak 19,7 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et