Nazir Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin köçürülməsinə münasibət bildirib | Banco.az

Nazir Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin köçürülməsinə münasibət bildirib

Türkiyənin zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin hansı əsaslarla Azərbaycanın ali təhsil müəssisələrinə köçürülə biləcəyinə aydınlıq gətirilib.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə məlumat verib.

    “Əgər tələbənin ümumi orta göstəricisi, SAT balı yüksəkdirsə, təbii ki, biz o tələbənin köçürülməsini istəyirik. Lakin əgər tələbə burada ali məktəbə qəbul ola bilməyibsə, təkcə attestatla təhsil almağa gedibsə, onları köçürə bilmərik. Bu, digər şəxslərə qarşı ədalətsizlikdir” - nazir qeyd edib.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et