"Dolların məzənnəsi zəifləməyə başlayacaq" | Banco.az

"Dolların məzənnəsi zəifləməyə başlayacaq"

Müəllif - Aida İsaq, Banco.az

Dolların məzənnəsi 2023-cü ilin ikinci yarısında kəskin şəkildə zəifləməyə başlayacaq. Bu isə artan inflyasiyanı kompensasiya edərək qlobal iqtisadiyyata öz faydasını verəcək. 

Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Dünyanın aparıcı investorlarından bəziləri ABŞ dollarının daha da zəifləyəcəyini proqnozlaşdırıb. Onların fikrincə, ABŞ federal ehtiyat sisteminin uçot dərəcəsinin artırılmasının əsas dövrü başa çatıb. Qeyd olunur ki, ölkələrin tənzimləyici qurumlarının pul siyasətini sərtləşdirməsi fonunda digər milli valyutalar güclənəcək.

Ekspertlər bildirir ki, yen və avro artıq ötən payızla müqayisədə 11%-dən çox möhkəmlənib, Britaniya funtu isə 15,7% artıb. Qeyd olunur ki, bu vəziyyət qlobal iqtisadiyyata öz müsbət təsirlərini göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et