Onuncu sanksiyalar paketinə nüvə sənayesi daxil edilməyəcək | Banco.az

Onuncu sanksiyalar paketinə nüvə sənayesi daxil edilməyəcək

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı onuncu sanksiyalar paketinin təfərrüatları açıqlanıb.

Banco.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto məhdudiyyətlərin ölkənin nüvə sənayesinə təsir etmədiyini bildirib. Nazir qeyd edib ki, bəzi dövlətlər nüvə sektorunu sanksiyalar siyahısında görmək istəsələr də, lakin Budapeşt bunun qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Paks II atom elektrik stansiyasının tikintisinə davam etdirilmədiyi təqdirdə uzunmüddətli enerji təhlükəsizliyinin təminatı itiriləcək. Eyni zamanda Macarıstanın rəsmi nümayəndəsi enerjinin siyasət və ideologiya ilə heç bir əlaqəsi olmadığını vurğulayaraq enerji sektorunun sanksiyalardan tamamilə uzaq tutulmalı olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et