Ukraynanın bərpası üçün tələb olunan məbləğ açıqlanıb | Banco.az

Ukraynanın bərpası üçün tələb olunan məbləğ açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Ukraynanın bərpası üçün təxminən 150 milyon qriven (4 milyard dollar) tələb olunur.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal bildirib. O, ölkəsi üçün enerji məsələsinin, mühüm infrastrukturun bərpasının, minalardan təmizlənmə prosedurunun və biznesə dəstəyin prioritet təşkil etdiyini qeyd edib. Eyni zamanda Ukraynanın bərpası üçün yazda bu istiqamətdə işlərin həyata keçirilməsinə başlanılacağını diqqətə çatdırıb.

Daha öncə baş nazir Denis Şmıxal Ukraynanın Aİ-dən elektrik enerjisi idxalı imkanlarını artırmaq üçün danışıqlar apardığını vurğulayıb. Onun sözlərinə görə, tərəflər Ukraynanın enerji infrastrukturunun bərpası məsələsini də nəzərdən keçiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et