Bu sənayelər Rusiyaya qarşı sanksiyalar paketinə daxil edilməyəcək | Banco.az

Bu sənayelər Rusiyaya qarşı sanksiyalar paketinə daxil edilməyəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə nüvə sənayesi və almaz biznesi daxil edilməyəcək.

Banco.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumata görə, Macarıstan, Fransa, Bolqarıstan və Belçika kimi ölkələr Rusiyada nüvə sənayesi və almaz biznesinə məhdudiyyətlərin tətbiqinin əleyhinə çıxış ediblər. Qeyd olunur ki, Aİ və Rusiya arasında yeni ticarət sanksiyaları raketlər, dronlar və helikopterlərin bəzi elektron komponentlərinə təsir göstərə bilər.

Qeyd edək ki, sanksiyaların tətbiqi yalnız Aİ-yə üzv olan bütün dövlətlərin razılığı ilə mümkün olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et