Qlobal xam polad istehsalı azalıb | Banco.az

Qlobal xam polad istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvarda qlobal xam polad istehsalı azalıb.

Banco.az xəbər verir ki, mənzil-qərargahı Brüsseldə yerləşən Dünya Polad İttifaqı (Worldsteel) yanvarın xam polad istehsal məlumatlarını açıqlayıb.

Buna görə, ötən ay qlobal xam polad istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalmaqla 145,3 milyon tona geriləyib.

Sözügedən dövrdə dünyanın ən böyük polad istehsalçısı Çində isə istehsal həcmi 2,3 faiz artaraq 79,5 milyon tona çatıb.

Yaponiyanın polad istehsalı 6,9 faiz azalaraq 7,2 milyon tona, ABŞ-ın istehsalı 6,8 faiz azalaraq 6,5 tona düşərkən, Almaniyada da istehsal 10,2 faiz azalaraq 2,9 milyon tona geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et