Tənqidlərə məruz qalan “Starbucks” Türkiyə üçün yardım aksiyası başlatdı | Banco.az

Tənqidlərə məruz qalan “Starbucks” Türkiyə üçün yardım aksiyası başlatdı

Müəllif - Aida İsaq, Banco.az

Türkiyədə böyük dağıntılara və on minlərlə vətəndaşın ölümünə səbəb olan zəlzələlərdən sonra dünyanın dörd bir yanından bir çox ölkə və şirkətlər müxtəlif formada yardımlar həyata keçirməyə başladı. Ancaq bəzi şirkətlər yardımlarla bağlı sosial mediada paylaşım etmədiyi üçün insanlar tərəfindən tənqidlərə məruz qaldı. Bu şirkətlərdən biri olan “Starbucks” gələn reaksiyalara cavab olaraq ilk gündən bölgəyə kömək etməsi ilə bağlı paylaşım edib.

Banco.az xəbər verir ki, şirkət "Orada idik, oradayıq, orada olmağa davam edəcəyik" deyə vurğulayıb. Eyni zamanda şirkətin bölgəyə yardım etdiyini göstərən məlumat da gündəmə çevrilib. Jurnalist Anıl Sural Vaşinqtonda yerləşən “Starbucks” filialında yardımla bağlı elanın yer aldığı fotonu paylaşıb. Filialın pəncərəsindən asılan bu qeyddə ABŞ vətəndaşlarından kömək etmələri xahiş olunaraq üzərinə QR kodu daxil edilib. Bundan əlavə, “Starbucks”ın mobil proqramında Türkiyəyə birbaşa yardım göndərilməsini təmin edəcək ianə səhifələrinin də yer aldığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram