“Qərbin sanksiyaları gözləntiləri qarşılamadı” | Banco.az

“Qərbin sanksiyaları gözləntiləri qarşılamadı”

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada xüsusi əməliyyata başlaması fonunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözləntiləri qarşılamayıb. Moskva dərhal önləyici tədbirlərə əl ataraq Asiya, Yaxın Şərq, Latın Amerikası və Afrika ilə ticarət əlaqələrini artırdı. 

Banco.az xəbər verir ki, bu barədə britaniyalı iqtisadçı Yan Stüart bildirib. Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya maliyyə bazarları üçün iqtisadi çöküş qaçılmaz görünürdü. Beynəlxalq Valyuta Fondu Rusiyanın ÜDM-nin 2022-ci ildə 8,5%, 2023-cü ildə isə 2,5% azalacağını proqnozlaşdırıb. Bütün bunlar ölkənin dərin böhrana yaxınlaşdığına işarə edirdi. Lakin buna baxmayaraq, il ərzində rublun möhkəmlənməsi və BVF-nin proqnozlarını dəyişdirməsi müşahidə olundu. İqtisadçının fikrincə, Rusiya ümumilikdə Qərbin sanksiyalarına öncədən hazır idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et