Bu ölkədə 4 günlük iş rejimi bir çox şirkətdə daimi olacaq | Banco.az

Bu ölkədə 4 günlük iş rejimi bir çox şirkətdə daimi olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə 4 gün işləmək bir çox şirkətlərdə daimi rejimə çevrilir.

Banco.az xəbər verir ki, İngiltərədə “həftədə 4 günlük iş rejimi” layihəsinə qoşulan yerli firmaların bir çoxu 6 aylıq sınaq müddətindən sonra bunu daimi rejimə çevirib.

İngiltərədəki "4 Day Week Global" qeyri-kommersiya təşkilatı tərəfindən 2022-ci ilin iyun ayında start götürən  və 3 mindən çox işçinin 4 gün işlədiyi pilot layihənin təsirlərini qiymətləndirən hesabata görə, bu, xüsusilə işçilərin rifahı üçün "hərtərəfli fayda" təmin edir.

Layihədə iştirak edən 61 şirkətdən 56-sı ən azı hələlik həftənin 4 günü işləməyə davam edəcəklərini bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram