Rusiya iqtisadiyyatı ötən il 2,1 faiz kiçilib | Banco.az

Rusiya iqtisadiyyatı ötən il 2,1 faiz kiçilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qərb ölkələrinin hərtərəfli sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatı 2022-ci ildə 2,1 faiz kiçilib.

Banco.az xəbər verir ki, Rusiyanın Federal Statistika İnstitutu (Rosstat) 2022-ci il üzrə əsas ümumi daxili məhsul (ÜDM) məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Rusiyanın milli gəliri cari qiymətlərlə keçən il 151,5 trilyon rubl (təxminən 2 trilyon dollar) olub, ölkə iqtisadiyyatı isə 2,1 faiz azalıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi 2022-ci ildə ölkə iqtisadiyyatının 2,9 faiz, Rusiya Mərkəzi Bankı isə 2,5% kiçildiyini proqnozlaşdırmışdılar.

Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya, xüsusilə enerji və maliyyə sektoruna qarşı geniş sanksiyalar tətbiq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram