"SunExpress" zəlzələ bölgəsindən pulsuz reyslərin müddətini yenidən uzadıb | Banco.az

"SunExpress" zəlzələ bölgəsindən pulsuz reyslərin müddətini yenidən uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SunExpress” zəlzələ bölgəsindən pulsuz təxliyə uçuşlarının müddətini yenidən uzadıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları və Almaniyaya məxsus “Lufthansa”nın müştərək müəssisəsi olan “SunExpress” aviaşirkəti zəlzələ bölgəsindən pulsuz təxliyə uçuşlarının martın 1-dək uzadıldığını açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, Adana, Diyarbəkir, Qaziantep, Kayseri, Malatya, Hatay və Mardindən qalxan bütün daxili uçuşlar üçün SunExpress internet saytında və mobil tətbietdə pulsuz rezervasiya edilə bilər.

"SunExpress" axtarış-xilasetmə və tibbi qrupların zəlzələ bölgəsinə gətirilməsi üçün ümumilikdə 287 xüsusi uçuş həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Təşkil etdiyi xüsusi reyslərlə 6 mindən çox axtarış-xilasetmə və tibb qrupunu bölgəyə daşıyan aviaşirkət bu uçuşların dönüş reyslərində zəlzələdən zərər çəkmiş 14 minə yaxın insanın təxliyyəsini təmin edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et