Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini yekunlaşdırmağı planlaşdırır | Banco.az

Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini yekunlaşdırmağı planlaşdırır

Müəllif - Aida İsaq, Banco.az

Aİ ölkələri fevralın 22-də keçiriləcək iclasda Rusiyaya qarşı onuncu sanksiyalar paketini yekunlaşdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, sanksiyalar paketinin tətbiqi mövzusunda bütün Aİ-yə üzv dövlətlərin yekdilliklə razılaşması fonunda layihə rəsmi formada təsdiq edilmiş hesab olunacaq. Daha sonra isə yeni məhdudiyyətlər Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.

Qeyd edək ki, son məlumatlara əsasən Aİ dəyəri 11 milyard avrodan çox olan bir sıra Rusiya sənaye mallarının ixracına qoyulan qadağanı genişləndirməyi nəzərdən keçirirdi. Eyni zamanda son məhdudiyyətlərin ən "sərt" sanksiyalar olacağı bildirilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et