Müəllif - Aida İsaq, Banco.az
“Google” şirkəti “Bard” süni intellektinin elementləri ilə çatbot hazırlamaq üçün əməkdaşların köməyindən istifadə etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, müvafiq texnologiyanın təkmilləşdirilməsi üçün onlardan hər gün səhv cavabları düzəltmələri xahiş olunub. “Google”un vitse-prezidenti Prabhakar Raghavanın məlumatına görə, işçilərin fikirlərindən “Bard”ın fərdi suallara cavablarını yenidən hazırlamaq üçün istifadə olunacaq. O, həmçinin qeyd edib ki, fikirlərini bölüşən insanlar işlərin qaydasında getməsi üçün maksimum şəkildə diqqətli olmalı və qərəzsiz olmağa çalışmalıdır. Cavablar eyni zamanda istifadəçilərin başa düşməsi üçün nəzakətli, qeyri-rəsmi və əlçatan olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!