Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (mərkəzi bank) fevral ayında da faiz dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) bu il üzrə əsas faiz dərəcəsini (LPR) 3,65 faiz səviyyəsində, beş illik LPR isə 4,30 faiz səviyyəsində saxlayıb.

İnvestorlar qeyd edirlər ki, Çin ABŞ və Aİ-dən fərqli olaraq hələ də qismən mötədil inflyasiya və yaxşılaşan, ancaq yenə də zəif aktivliyə görə pul siyasətində ABŞ və Aİ-yə zidd mövqe tutmağa davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram