“Bu il dünya bazarında zəruri məhsulların qiyməti bahalaşacaq” | Banco.az

“Bu il dünya bazarında zəruri məhsulların qiyməti bahalaşacaq”

Müəllif - Aida İsaq, Banco.az

Bu il zəruri ərzaq məhsullarının qiymətləri bahalaşacaq.

Banco.az xəbər verir ki, bunu “Nestle” şirkətinin baş direktoru Mark Şnayder proqnozlaşdırıb. Onun sözlərinə görə, builki qiymət artımı bazardan asılı olaraq dəyişəcək. O, məhsulların maya dəyərinin artmasının yalnız istehsal xərclərinin inflyasiyasının özünü doğrultması fonunda baş verəcəyini diqqətə çatdırıb. İş adamı həmçinin qeyd edib ki, inflyasiyadan təkcə istehlakçılar deyil, həm də bizneslər də zərər görüb. Artıq dəymiş ziyanı ödəməyə çalışırlar. Şirkət rəhbəri “Nestle”nin keçən il qiymətləri 8,2 faiz artırmasına baxmayaraq, bu ilki müvafiq tədbirlərin xərcləri qarşılamaq üçün kifayət etmədiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et