Məşhur İsveçrə brendləri Rusiyada yenidən fəaliyyət göstərə bilər | Banco.az

Məşhur İsveçrə brendləri Rusiyada yenidən fəaliyyət göstərə bilər

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna münaqişəsi fonunda 53 İsveçrə şirkətindən 18-i Rusiya bazarını tərk edib. 14 şirkət isə fəaliyyətini dayandıraraq eyni zamanda ölkəyə qayıtmaq imkanını qüvvədə saxlayıb. 

Banco.az xəbər verir ki, məlumata görə, yenidən fəaliyyət göstərməyə ümid bəsləyən şirkətlər arasında "Swatch Group", "Richemont”, "Rolex", dünyanın ən böyük xammal tədarükçüsü olan "Glencore" və Beynəlxalq Futbol Federasiyası FIFA-nın saat istehsalçıları var. Fəaliyyətini tamamilə dayandıranlar arasında isə hidravlik avadanlıq istehsalçısı “Sulzer”, tikinti materialları istehsalçısı "Holcim", "Zurich Insurance Group" sığorta şirkəti, neft treyderi "Vitol", şokolad istehsalçısı "Lindt & Sprüngl" və s. yer alır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et