Venesuela və Kolumbiya 2019-cu ildən bəri ilk dəfə razılığa gəlib | Banco.az

Venesuela və Kolumbiya 2019-cu ildən bəri ilk dəfə razılığa gəlib

Müəllif - Aida İsaq, Banco.az

Venesuela və Kolumbiya 2019-cu ildən bəri ilk dəfə olaraq birgə yeni ticarət sazişinə imza atıb.

Banco.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro bu barədə fikirlərini bölüşərək, müvafiq əməkdaşlığın hər iki ölkə arasında mövcud ola biləcək ticarət maneələrini aradan qaldıracağını qeyd edib. Venesuela lideri isə öz növbəsində qardaş xalqlar arasında münasibətlərin öz dinamikasını bərpa etdiyini bildirib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Venesuelaya humanitar yardımın çatdırılması ilə bağlı yaranan gərginlik fonunda Venesuela ilə Kolumbiya arasında diplomatik münasibətlərdə fasilə yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et