Norveç Ukraynaya 7,4 milyard dollar yardım edəcək | Banco.az

Norveç Ukraynaya 7,4 milyard dollar yardım edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç parlamenti Ukraynaya 7,4 milyard dollar göndəriləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Norveçdə parlament 5 illik dəstək paketi çərçivəsində Rusiya ilə müharibəsini davam etdirən Ukraynaya 7,4 milyard dollar göndəriləcəyini elan edib.

Qeyd edilib ki, Norveçin Ukraynaya 7,4 milyard dollarlıq dəstəyi 5 il müddətinə hərbi və humanitar yardım şəklində, hər il təxminən 1,5 milyard dollarlıq hissələrlə ödəniləcək.

Norveçin baş naziri Yonas Qar Störe bildirib ki, yardım neft gəlirlərindən təmin ediləcək və ölkə iqtisadiyyatına təsir göstərməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et