"Tesla" 350 mindən çox avtomobilini istehsaldan geri çağırıb | Banco.az

"Tesla" 350 mindən çox avtomobilini istehsaldan geri çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” təxminən 363 min avtomobilin istehsalını dayandırmağa qərar verib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobili istehsalçısı “Tesla” 362 min 758 avtomobilini proqram təminatı yeniləmələri üçün istehsaldan geri çağırmaq qərarına gəlib.

Bu barədə ABŞ Milli Avtomobil Yolları Nəqliyyat Təhlükəsizliyi İdarəsindən (NHTSA) məlumat verilib.

Məlumatda bildirib ki, “Tesla” Tam Avtonom “Driving Beta” (FSD Beta) proqramı ilə təchiz edilmiş 2016-2023 Model S, Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y avtomobillərini təhlükəsizlik tədbirləri səbəbindən istehsaldan geri çağırıb.

Qeyd edilib ki, “Tesla” şirkəti “FSD Beta” sisteminin qəzalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və 362 min 758 avtomobilin istehsal prosesinin dayandırılmasını istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et