Rusiya ABŞ-ın qiymətli kağızlarına investisiya qoyuluşunu azaldıb | Banco.az

Rusiya ABŞ-ın qiymətli kağızlarına investisiya qoyuluşunu azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Ötən ilin dekabrında Rusiyanın ABŞ-ın qiymətli kağızlarına investisiyaları üç dəfədən çox azalıb. 

Banco.az xəbər verir ki, ABŞ maliyyə nazirliyinin məlumatlarına əsasən, Rusiyanın bu müddət ərzində 629 milyon dollarlıq ABŞ dövlət istiqrazlarına sahib olduğu məlum olub. Məbləğin 104 milyon dolları uzunmüddətli istiqrazların, 525 milyon dolları isə qısamüddətli istiqrazların payına düşüb. Müvafiq göstəricinin əvvəlki ayla müqayisədə üç dəfə az olduğu bildirilir. 

Qeyd edək ki, Rusiyanın ABŞ dövlət istiqrazlarına investisiyaları üzrə 2010-cu ilin oktyabrında rekord səviyyə qeydə alınıb. 

 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et