Bu ölkə Rusiyaya qarşı sanksiyalara qoşulub | Banco.az

Bu ölkə Rusiyaya qarşı sanksiyalara qoşulub

Müəllif - Aida İsaq, Banco.az

İsveçrə Rusiya neft məhsulları üçün tətbiq olunan sanksiyaları dəstəkləyən ölkələr siyahısına daxil oldu. 

Banco.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb. Beləliklə, İsveçrə tərəfinin Avropa İttifaqının (Aİ) qəbul etdiyi ən son müddəalara qoşulduğu rəsmi formada təsdiqlənib. Beləliklə, Rusiyadan yanacaq ticarətinə və daşınmasına bir barelin qiyməti 45 dolları keçmədiyi halda icazə verilir. Benzin, dizel və neftin maksimal qiyməti isə bir barel üçün 100 ABŞ dolları səviyyəsində məhdudlaşdırılıb.

Nazirlik nümayəndələrinin sözlərinə görə, müvafiq addım hərbi münaqişə fonunda enerji daşıyıcılarının bahalaşmasının qarşısını alaraq Rusiyanın neft satışından əldə etdiyi gəlirləri azaltmaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et