Aİ ağır çəkili nəqliyyat vasitələrinin emissiyalarını azaltmağa hazırlaşır | Banco.az

Aİ ağır çəkili nəqliyyat vasitələrinin emissiyalarını azaltmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) 2040-cı ilə qədər yük maşınları və avtobuslar kimi ağır çəkili nəqliyyat vasitələrinin karbon emissiyalarını 90 faiz azaltmağı təklif edib.

Banco.az xəbər verir ki, Aİ Komissiyası Avropa Yaşıl Sazişinin bir hissəsi olaraq, nəqliyyat sektorunda emissiyaların azaldılması çərçivəsində ağır çəkili nəqliyyat vasitələri üçün yeni tənzimləmə təklifini təqdim edib.

Buna görə, 2040-cı ildən etibarən satılacaq yeni yük maşınları və avtobuslar kimi müxtəlif ağır çəkili nəqliyyat vasitələrinin havaya buraxdığı karbon qazının nisbəti 90 faiz daha az olmalıdır.

Yeni tənzimləməyə görə, ağır çəkili avtomobillərin emissiyaları 2030-cu ilə qədər 45 faiz, 2035-ci ilə qədər isə 65 faiz azalacaq. Avropa ölkələrində şəhərdaxili işləyən avtobuslar 2030-cu ildən emissiyasız olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu mərhələdən sonra sözügedən tənzimləmə Avropa Parlamenti (AP) və üzv dövlətlər tərəfindən müzakirə ediləcək. Ümumi emissiya hədəfi razılaşdırıldıqdan sonra tənzimləmə təsdiqlənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et