Müəllif - Aida İsaq, Banco.az
Cari ilin sonunda İsveç ümumi daxili məhsulun (ÜDM) azalması ilə üzləşən yeganə Aİ ölkəsi olacaq.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) müvafiq proqnozuna əsasən, buna, mənzil bazarındakı tənəzzül, alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda istehlaka olan təzyiqlər, yüzlərlə yerli şirkətin müflisləşməsi və yüksək inflyasiya göstəriciləri səbəb olacaq.
2023-cü ildə Skandinaviya ölkəsinin iqtisadiyyatının tikinti sektorunda istehsal həcminin 2022-ci ilin eyni dövrü ilə müqayisədə 44% azalacağı gözlənilir. Eyni zamanda, ölkədə şirkətlərin müflisləşməsinin sayı yanvarda 47% artıb ki, bu da son on ilin ən yüksək göstəricisidir. Son məlumatlara əsasən, 2023-cü ilin yanvarında İsveçdə müflis olmaq üçün müraciət edən şirkətlərin sayı 622 şirkətə çatıb. Bunlardan 130 firma tikinti sektoruna məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!