Rusiya cari ildə neft ixracının 80%-ni "dost" ölkələrə göndərəcək | Banco.az

Rusiya cari ildə neft ixracının 80%-ni "dost" ölkələrə göndərəcək

Müəlif - Aida İsaq, Banco.az

Rusiya 2023-cü ildə neft ixracının 80%-dən çoxunu və neft məhsullarının 75%-ni "dost" ölkələrə göndərməyi planlaşdırır. 

Banco.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, Qərb ölkələri 2022-ci il dekabrın 5-dən Rusiya neftindən imtina etməyə başlayıb. Bunun nəticəsində isə, məhdudiyyətləri dəstəkləyən dünya ölkələri mənfi nəticələrlə üzləşirlər. A.Novak ölkəsinə qarşı sanksiyaları dəstəkləyən dövlətlərə neft tədarükü etmək fikrində olmadıqlarını vurğulayıb.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, Qərbin sanksiyalarına qarşı mübarizə aparmaq üçün Rusiyanın yeni bazarlar axtarışı, idxal-ixrac zəncirləri yaratmaq səyləri sürətlə davam etdirməsi ölkəyə öz müsbət təsirlərini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et