Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə neftə tələbat sutkada 102 milyon barel təşkil edəcək. Bu isə koronavirus pandemiyasından əvvəlki səviyyədən sutkada 1,9 milyon barel çoxdur.
Banco.az xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qais Misirdə keçirilən VI beynəlxalq neft sərgisinin açılışında bildirib. Onun sözlərinə görə, 2025-ci ilə qədər xammala tələbat artaraq sutkada 110 milyon barel təşkil edəcək.
Qeyd edək ki, yanvarın ikinci yarısında Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri 2023-cü ildə dünyada neftə tələbatın sutkada 1,9 milyon barel səviyyəsində artaraq 101,7 milyon barelə çatacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!