Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə smartfon qiymətlərinin kəskin ucuzlaşması gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə “TF İnternational”ın analitiki Ming-Chi Kuo bildirib. O, mobil cihazlara tələbatın zəif olması fonunda anbarların həddindən artıq dolu qalmasını qeyd edərək bunun tədarükün xeyli azalmasına, eləcə də səhmlərinin dəyərdən düşməsinə səbəb olacağını vurğulayıb. Nəticədə yaranan rəqabət fonunda istehsalçılar istifadəçilərin diqqətini cəlb etmək üçün qiymətləri aşağı salmağa meyl edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!