Dünyaca məşhur futbolçular da Türkiyəyə maliyyə yardımı edib | Banco.az

Dünyaca məşhur futbolçular da Türkiyəyə maliyyə yardımı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya şöhrətli futbolçular zəlzələ qurbanları üçün səfərbər olmağa davam edir.

Banco.az xəbər verir ki, Türkiyədəki zəlzələdən sonra futbol ulduzlarını yardım üçün səfərbər edən Merih Dəmiralın kampaniyasına bir-birinin ardınca məşhur oyunçular qoşulmağa davam edir.

Hazırda İtaliyanın Atalanta futbol klubunda forma geyinən Merih Dəmiral Kriştiano Ronaldo və Lionel Messi kimi ulduz oyunçuların imzalı formalarını ianə məqsədilə hərraca çıxarıb. Nəticədə külli miqdarda ianə toplanan kampaniyaya aşağıdakı məşhur futbolçular dəstək olub:

  • Leonardo Bonuççi

  • Paulo Dibala

  • Kevin De Bröyne

  • Neymar

  • Kərim Benzema

  • Lionel Messi

  • Kriştiano Ronaldo

  • Kilian Mbappe

  • Erlinq Haaland

  • Harri Keyn

  • Antuan Qrizmann

  • Eden Hazard

  • Alvaro Morata

Bəs nə qədər ianı toplanıb?

Qeyd edək ki, Eden Hazard, Morata və Kevin De Bröynenin imzaladığı formalar ümumilikdə 1 milyon TL-yə alınıb. Kriştiano Ronaldo, Bonuççi və Dibalanın imzalı formaları isə ümumilikdə 5 milyon TL-yə satılıb. Merih Dəmiral kampaniyası çərçivəsində hələ ki, cəmi 6 milyon TL gəlir əldə edilib. Dəmiral satışlardan əldə edilən gəlirin zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə AHBAP təşkilatına ianə ediləcəyini bildirib.

Futbolçularla yanaşı, dünya futbol təşkilatları da baş verən təbii fəlakətin zərərlərinə etinasız yanaşmayıblar. 

Belə ki, Avropa Futbol Assosiasiyaları Birliyi )UEFA) cümə günü Türkiyə və Suriyadakı humanitar fəaliyyətlərə dəstək üçün 200 min avro (təxminən 214 min dollar) ianə etdiklərini açıqlayıb. UEFA həmçinin gələn həftə keçiriləcək klub yarışları matçları öncəsi bir dəqiqəlik sükut elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram