Müəllif - Aida İsaq, Banco.az
Aİ çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsi gündəmdədir.
Banco.az xəbər verir ki, məlumata görə, məhdudiyyətlərlə bağlı yeni sənədin ekspertlərlə müzakirəsi fevralın 15-də baş tutacaq. Avropa Komissiyası “Alfa-Bank”a və Rusiyanın daha dörd kredit təşkilatına qarşı sanksiyalar tətbiqini, Rusiya rezininin, bitumunun idxalına embarqo qoyulmasını, həmçinin Avropa istehsalı olan yeni kateqoriyalı məhsulların, xüsusən də yük maşınlarının və digər ağır nəqliyyat vasitələrinin, nasosların və tikinti texnikasının Rusiyaya ixracına qadağa qoyulmasını təklif edib. Sanksiyaların yenilənmiş versiyası həmçinin silah istehsalı üçün istifadə oluna biləcək elektron komponentlərin Rusiyaya satışına əlavə qadağaların tətbiqini də özündə ehtiva edir.
Bizi sosial şəbəkələrdən izləyin!!